“Premium Broker and Logistics” MMC Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq təsis edimiş və hal-hazırda müştərilərin inteqrasiya edilmiş logistika problemlərinin həlli sahəsində liderlərdən biridir. Şirkətin əsas fəaliyyət istiqaməti Gömrük Brokeri xidmətləri: malların gömrük rəsmiləşdirilməsini həyata keçirmək və gömrük prosedurlarını öz adından və hərəkət edən şəxsin adından həyata keçirmək və beynəlxalq daşımalar nəzərə alınmaqla logistik xidmətlərin tam spektrinin göstərilməsidir. Peşəkar mütəxəssislərimiz tərəfindən hər bir müştərimiz üçün vaxt, qiymət və rahatlıq baxımından optimal əməkdaşlıq sxemi hazırlayıb həyata keçirirlər.
Biz sizə:
malları və nəqliyyat vasitələrini istənilən zəruri gömrük proseduru altında yerləşdirmək
malların bəyannaməsini elektron formada təqdim etmək
gömrük işinin funksional bölmələrində sənədlərin razılaşdırılması zamanı gömrük orqanlarında maraqlarınızı təmsil etmək
sənədlərdə ilkin yoxlamalar aparmaq və malların gömrük baxışında iştirak etmək
gömrük rüsumlarının ödənilməsi üçün vəsaitin köçürülməsini təmin etmək
Strategiyamız:
Bizi uğura aparan strategiyamız cox sadədir: peşəkar əməkdaşlarla birgə, işlərin yerinə yetirilməsində innovativ metodlardan istifadə etmək və öz xidmətlərimizi müştərilərə yüksək keyfiyyət və uyğun qiymətlə təklif etmək
Missiyamız:
Müştəri sayını artırmaq və müştəri məmnuniyyətini təmin etmək
Müştərilərə sərfəli və keyfiyyətli broker və logistika xidmətlərini təklif etmək;
Hədəflərimiz:
“Premium Broker and Logistics” MMC olaraq, hədəfimiz xidmət göstərdiyimiz sahə üzrə yerli və regional səviyyədə aparıcı şirkətlər arasında lider olmaqdır.